Rusiyanın hücumlarına məruz qalan Ukrayna paytaxtı Kiyev şəhərinin Podolski küçəsində yaşayış binası vurulub. Zərbə nəticəsində binada yanğın baş verib, bir nəfər həlak olub.

"Unikal" xəbər verir ki, “Haber Global” komandası Kiyevdə sözügedən binada çəkiliş aparıb.

Hadisə yerində çəkilən görüntülərdə ətrafa səpələnmiş raket qalıqları da aydın müşahidə olunub.