Çerniqovda yerli sakinlərə su aparan mülki avtomobil atəşə tutulub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, atışma nəticəsində iki nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.
Hadisə şahidinin sözlərinə görə, maşında su toplayan və insanlara çatdıran dinc insanlar olub.
"İki nəfəri birbaşa dəfn olunacaq yerə apardıq. İki nəfəri xilas edə bildik. Bir oğlanı sakitləşdirməyə apardılar. Atası orada idi, təəssüf ki, öldü. Məndən nə asılı idisə, mən kömək etdim", - şahid bildirib.
Qeyd edək ki, Çerniqovda işğalçılar çörək növbəsində dayananlara da atəş açıblar.
Ağarza Elçinoğlu