Kremlin sözçüsü Dmitri Peskov bir aydan çoxdur davam edən müharibə ilə bağlı açıqlamalar verib.
"Unikal" xəbər verir ki, ABŞ mətbuatına açıqlama verən Peskov bir müddətdir gündəmdə olan “Rusiyanın nüvə silahından istifadə etməsi” ehtimalından da danışıb.
"Bizim çox aydın təhlükəsizlik konsepsiyamız var. Ölkəmizin varlığına təhlükə yaranarsa, nüvə silahından istifadə edəcəyik", - deyə o, vurğulayıb.
Bundan əlavə "Ukraynadakı xüsusi hərbi əməliyyatımızın məqsədlərinə çatacağına heç bir şübhəmiz yoxdur. Təbii ki, bu əməliyyatın hər hansı nəticəsi nüvə silahından istifadə üçün əsas yaratmır" , - deyə Kremlin sözçüsü bildirib.