"Göstərdiyiniz səylərə görə sizi təbrik edirəm. Davam edən toqquşma qonşunuz və dostunuz olaraq bizi narahat edir".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna nümayəndə heyətləri ilə görüşdə deyib.
“Dövlət rəhbərləriniz başda olmaqla bir çox rəsmilərinizlə təmasdayıq. Bütün beynəlxalq platformalarda hər iki tərəfin maraqlarına uyğun mövqe ifadə etdik. Məsuliyyəti üzərimizə götürməkdən çəkinmədik. Müharibənin uzanması heç kimin maraqlarına uyğun deyil. Artıq müzakirələrin uğurlu nəticələri olmalıdır”, - o deyib.