Estoniya, Latviya və Litvanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, sözügedən Baltikyanı ölkələrin diplomatları ölkədən çıxarılacaq.
Onlar nazirliyə Bakı vaxtı ilə saat 13.00-da gəlməlidirlər. Mənbə qeyd edib ki, Moskvanın diplomatları qovmaq qərarı "qarşılıqlılıq prinsipinə əsaslanır".
Qeyd edək ki, martın 18-də Latviya və Estoniya Rusiya səfirliyinin üç əməkdaşını, Litva isə diplomatik departamentin dörd əməkdaşını ölkədən çıxarıb.
Ağarza Elçinoğlu