İrpenin yarısı dağıdılıb, rus işğalçıları hələ də şəhəri “Qrad”la atəşə tuturlar.
"Unikal" xəbər verir ki, bu barədə İrpen şəhərinin meri Aleksandr Markuşin məlumat verib.
"Hər kəsdən xahiş etmək istəyirəm ki, hələlik geri qayıtmasın. Şəhər təhlükəlidir. Atışma var", - Markuşin vurğulayıb.
O əlavə edib ki, İrpendən insanların təxliyəsi davam edir.