Rusiya Ordusu Ukraynanın Nikolayev vilayət administrasiyasının binasına raket zərbəsi endirib.
"Unikal" xəbər verir ki, bu barədə Nikolayev vilayət administrasiyasının sədri Vitali Kim bildirib.
Hava zərbəsi endirilərkən Kim binada olmayıb.
Zərbə nəticəsində binanın bir hissəsi dağılıb.
Ukraynanın Starteji Kommunikasiya və İnformasiya Təhlükəsizliyi Mərkəzi bildirib ki, xilasedicilər dağıntılar altında 8 mülki şəxs və 3 hərbçini axtarır.