Xüsusi əməliyyat zamanı Ukrayna qoşunlarına ciddi ziyan vurulub. Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə sistemi demək olar ki, məhv edilib, Hərbi Dəniz Qüvvələri mövcudluğunu dayandırıb.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.
"Ukrayna Silahlı Qüvvələrinə ciddi ziyan dəyib. Havada üstünlük qazanılıb. Ukraynanın Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Sistemi praktiki olaraq məhv edilib", - deyə Şoyqu bu gün keçirdiyi selektor müşavirəsində vurğulayıb.