Moskvanın “Şeremetyevo” aeroportuna İrəvandan Rusiya paytaxtına uçan təyyarəyə bomba yerləşdirilməsi barədə məlumat daxil olub.
"Unikal" xəbər verir ki, aeroportun elektron poçtuna hazırda Yerevandan Moskvaya uçan təyyarədə bomba olması barədə anonim məktub göndərilib. Rusiyanın güc strukturlarından bildiriblər ki, təyyarə Moskvada yerə enəndən sonra yoxlanışdan keçiriləcək.