NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə NATO Baş katibinin sözçüsü Oana Luncesku bildirib.
Onun sözlərinə görə, Baş Katib Yens Stoltenberqin sədrlik edəcəyi XİN başçılarının iclası aprelin 6-7-də Brüsseldə, NATO-nun Baş Qərargahında keçiriləcək.
Aprelin 7-də keçiriləcək iclasın birinci sessiyasında Avstraliya, Finlandiya, Gürcüstan, Yaponiya, Koreya Respublikası, Yeni Zelandiya, İsveç və Ukraynanın xarici işlər nazirləri, habelə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi iştirak edəcək.
Onlardan bəziləri videoformatda iclasa qoşulacaq.