"Tesla" və "SpaceX" şirkətlərinə rəhbərlik edən amerikalı sahibkar İlon Mask yenidən koronavirusa yoluxduğunu açıqlayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Deyəsən, yenidən yoluxmuşam. Amma indiyə qədər heç bir simptom yoxdur", - deyə o, bazar ertəsi "Twitter" hesabında yazıb.
Qeyd edək ki, dünyanın ən varlı adamı ilk dəfə ötən ilin noyabrında COVID-ə tutulub.