"Ukrayna Krımı və Donbası hərbi yolla qaytarmaq istəyindən əl çəkir".
"Unikal"ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin köməkçisi Vladimir Medinski İstanbulda Dolmabağça sarayında Rusiya-Ukrayna danışıqlarının nəticələrini açıqlayarkən deyib.
"Danışıqlar konstruktiv keçdi. Biz Ukraynadan onların müqaviləyə daxil edilməsi ilə bağlı aydın şəkildə formalaşmış mövqedə təkliflər aldıq. Bu təkliflərə yaxın vaxtlarda baxılacaq, prezidentə məlumat verildikdən sonra müvafiq cavabımız veriləcək", - Medinski bildirib.
Rusiya prezidentinin köməkçisi onu da deyibki, Kiyev hərbi ittifaqlara qoşulmaqdan imtina edəcəyinə söz verir: "Ukrayna hərbi ittifaqlara qoşulmaqdan, xarici hərbi bazaları, kontingentləri yerləşdirməkdən, qarant dövlətlərin, o cümlədən Rusiya Federasiyasının razılığı olmadan Ukrayna ərazisində hərbi təlimlər keçirməkdən imtina edir".
Ağarza Elçinoğlu