"Orada (Ukraynada - red.) baş verənlər şübhəsiz ki, Cənubi Qafqazdan asılıdır. Əgər bizə elə gəlirsə ki, müharibə bir az uzaqda gedir və bu, bizə təsir etməyəcək, çox yanılırıq. Mümkün iqtisadi sanksiyalar var ki, Rusiyanın müttəfiqlərinə də tətbiq oluna bilər".
"Unikal" xəbər verir ki, bunu erməni siyasətçi Qriqor Balasanyan "Cənubi Qafqaza nəticələr və təsir" mövzusunda keçirilən müzakirədə çıxışı zamanı bildirib.
"Ötən gün Ukraynanın Ermənistan Respublikasındakı müvəqqəti işlər vəkili açıq mətnlə bu barədə danışıb. Düşünürəm ki, o, diplomata ən azı bir neçə dəfə düzgün olmayan davranış nümayiş etdirib. O, ukraynalıların İrəvanda təşkil etdiyi aksiyalarda da iştirak edib ki, bu da birmənalı olaraq ölkənin daxili işlərinə qarışmaq cəhdidir. Heç bir ölkə diplomatının belə aksiyalarda iştirak etmək hüququ yoxdur. Və fikirlər ki, sanksiyalar Ermənistana da şamil oluna bilər, ona görə də məncə, heç olmasa həmin diplomat XİN-ə dəvət olunmalıdır", - politoloq əlavə edib.
Ağarza Elçinoğlu