Rusiya Müdafiə Nazirliyi Ukrayna qoşunlarının motoatıcı bölməsinin idarəetmə mərkəzinin məhv edilməsinin videosunu dərc edib.

"Unikal" xəbər verir ki, nazirliyin məlumatında  idarəetmə mərkəzinin "Krasnopol" dəqiq idarə olunan hərbi sursatlarla vurulduğu qeyd olunur. 

"Krasnopol yüksək dəqiqlikli artilleriya sursatı Ukrayna Silahlı Qüvvələrinin sənaye binasında yerləşən motoatıcı bölməsi vurulub. Dəqiq zərbə ilə bölmənin idarəetmə qurğuları olan qərargahı məhv edilib", - açıqlamada deyilir.

Ağarza Elçinoğlu