Türkiyənin Bursa şəhərində avtobusda partlayış baş verib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, yerli istintaq təcridxanasının əməkdaşlarını daşıyan avtobusun partlaması nəticəsində 1 ölüb, 8 nəfər isə yaralanıb.
Məlumata görə, partlayış üçün kənardan idarə edilən əldəqayırma partlayıcı qurğudan istifadə olunub.
Hazırda insidentlə bağlı araşdırma aparılır.