Türkiyənin İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, hərbi qulluqçu Kaan Kanlıkuyu terrorçular tərəfindən həyata keçirilən raket hücumu nəticəsində həlak olub.