Çin kosmik raketinin qalıqları Hindistanın mərkəzindəki Sandevax şəhərinin yaxınlığına düşüb
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Təşkilatı mütəxəssislərinin tədqiqi nəticəsində, qalıqların Çinin "Çançjen" raketinə aid olduğu müəyyən edilib.
Kosmik dağıntı 2-3 metr radiuslu və 40 kq-dan çox çəkisi olan yanmış metal çərçivədən ibarətdir.
Xəsarət alanlar və ya ciddi dağıntılar barədə məlumat verilməyib, lakin NASA dəfələrlə Çini kosmik zibil standartlarına görə məsuliyyət daşımadığı üçün tənqid edib.
Ağarza Elçinoğlu