Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya ilə müharibəsi davam edən Ukraynanın paytaxtı Kiyevə gedib.
"Unikal" xəbər verir ki, Mişel gözlənilməz səfəri ilə bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımında "Mən bu gün Kiyevdəyəm",- deyə ifadə edən Mişel Kiyevi “azad və demokratik Avropanın ürəyi” adlandırıb.
Onun Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşü gözlənilir.
Gülayə Mecid
In Kyiv today.
— Charles Michel (@eucopresident) April 20, 2022
In the heart of a free and democratic Europe. @ZelenskyyUa pic.twitter.com/7DxTeoxtMc