Rusiyanın Ukraynaya müdaxiləsi zamanı birbaşa olaraq müharibəyə qatılmayacaqlarını açıqlayan NATO ilə bağlı diqqətçəkən bir iddia ortaya atılıb.
"Unikal" xəbər verir ki, Britaniyanın tanınmış generallarından biri, general Ser Riçard Barrons NATO-nun Rusiya ilə müharibəyə hazır olmadığı barədə xəbərdarlıq edib.
O, Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri NATO ölkələri Ukraynaya silah və maliyyə yardımı göndərsələr də, onları müharibəyə cəlb edə biləcək vəziyyətlərdən qaçmaq üçün həmişə diqqətli olduğunu vurğulayıb.
Həmçinin Barrons bildirib ki, Rusiya qüvvələri Ukraynanın şərqində daha böyük hədəfləri təhdid etdikcə, NATO daha çətin vəziyyətdə olacaq.
Madriddə keçiriləcək NATO sammitində diqqətin "Rusiya ilə güc balansının bərpası"na yönəlməsi lazım olduğunu bildirən Barrons, "Moskva artıq NATO ilə müzakirə şərtlərini müəyyən edə biləcəyini düşünməməlidir", - deyə ifadə edib. Barrons həmçinin NATO-nun Avropanın şərq cinahını hərbi cəhətdən gücləndirməsinin vacibliyini vurğulayıb.
Barrons İngiltərənin başqa bir NATO ölkəsini Estoniya vasitəsilə Rusiyaya qarşı müdafiə etməsi lazım gələrsə, nə baş verəcəyi sualına misal çəkərək, qüvvələrinin “təxminən bir həftə” ərzində Rusiya hava qüvvələri tərəfindən məhv ediləcəyini vurğulayıb.
Gülayə Mecid