Rusiya indiyədək Ukrayna ordusuna aid 141 təyyarə, 110 helikopter və 2576 tank və zirehli texnikanı vurduqlarını açıqlayıb.

"Unikal" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov Rusiya hərbi birləşmələrinin Ukraynadakı müharibədəki hərəkətləri ilə bağlı açıqlama verib.

Gecə saatlarında havadan atılan yüksək dəqiqlikli raketlərlə 4 Ukrayna hərbi elementini vurduqlarını qeyd edən Konaşenkov, Xarkov vilayətindəki bu hədəflər arasında hərbi texniki vasitələrin və qoşunların toplandığı iki ərazinin və iki arsenalın olduğunu bildirib.