İranda ötən sutka ərzində 28 nəfər koronavirusdan (COVID-19) ölüb.

"Unikal"ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 141 024 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 1307 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 7218424 nəfərə çatıb.