Hindistanın Tamil Nadu ştatında məbəddə keçirilən dini mərasim zamanı bədbəxt hadisə yaşanıb. 

"Unikal" xəbər verir ki, məbəd avtomobilinin yüksək ötürücü naqillə təmas etməsi nəticəsində 11 nəfəri elektrik cərəyanı vurub, 15 nəfər isə yaralanıb. Ölənlər arasında iki uşaq da var.

Rəsmilər yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğundan ölənlərin sayının arta biləcəyini bildiriblər.

Faktla bağlı cinayət işi açılıb, polis araşdırmalara başlayıb.