Rusiya diktatoru Putinin əsas xüsusiyyəti ünsiyyətdə olduğu adamı aşağılamaq istəyidir.

"Unikal" xəbər verir ki, bunu Rusiyalı iş adamı, Putinin keçmiş yaxın dostu Sergey Puqaçov xarici KİV-ə müsahibəsində deyib.  

Hazırda Fransada yaşayan Puqaçov Putin barəsində diqqət çəkən açıqlama verib. O, Rusiya liderinin illərdir dəyişməyən xarakterindən bəhs edib: 

"Putin sizin onu gördüyünüz adamdır. Axmaq zarafatları ilə. Yəni üzünü örtmür - həyatda da, ünsiyyətdə də belədir.Təəssürat yaratmağa çalışmır. Onun Narışkinə necə istehza etdiyini xatırlayıram  (Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri). Lakin bunlar bəzi şəxsi hekayələrdir. Bu barədə danışa bilmərəm.  Onun münasibətlərində belə bir sadizm var. Mən dəfələrlə belə halların şahidi olmuşam. Bu onun əsas xüsusiyyətidir – alçaltmağa çalışmaq. Təkcə tabeliyində olanları yox,  digər insanları da... O,  sadəcə alçaltmaq üçün deyil, kimin kim olduğunu göstərmək üçün bunu edir". 

Gülayə Mecid