Ermənistanın paytaxtı İrəvanda müxalifət nümayəndələri Baş nazir Nikol Paşinyanın istefasını tələb edərək avtoyürüş keçiriblər.  

"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, yürüş zamanı onlarla avtomobil Ermənistan hökumətinin binasının yerləşdiyi Respublika meydanından keçib.

Aksiya iştirakçıları hökumət əleyhinə şüarlar səsləndirib.