Mayın 1-dən etibarən İtaliyada insanların sıx olduğu yerləri ziyarət etmək üçün tələb olunan COVID sertifikatları ləğv edilib.

"Unikal" xəbər verir ki, sənəd yalnız mayın sonuna qədər ölkəyə giriş, eləcə də dekabrın 31-dək tibb müəssisələri və qocalar evlərini ziyarət üçün tələb olunacaq.

Bununa yanaşı, İtaliyada qapalı yerlərdə maska ​​taxmaq öhdəliyi iyunun 15-dək uzadılıb.