Avropa Parlamentinin (AP) Komitəsi 2035-ci ildən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını qadağan edən qanun layihəsini dəstəkləyib.
"Unikal" xəbər verir ki, Brüsseldə keçirilən toplantıda Avropa Parlamentinin Ətraf Mühit Komitəsi Avropa Yaşıl Sazişinin bir hissəsi olan və 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağı hədəfləyən “55-ə uyğun” paketini müzakirə edib.
Komitə üzvü deputatlar müxtəlif avtomobillər üçün yeni karbon emissiya standartlarını müəyyən edən reqlamentlə bağlı mövqeyini 46 “hə”, 40 “xeyr” və 2 “bitərəf” səsi ilə qəbul ediblər.
Buna uyğun olaraq, 2035-ci ildən etibarən satılacaq yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiyaya malik olacaq.
Belə ki, sözügedən tarixdən etibarən yeni benzin və ya dizel mühərrikli avtomobillər Avropa Birliyi (AB) ölkələrində satıla bilməyəcək.
Gülayə Mecid