Yunan-roma güləşi üzrə Rio olimpiadasının mükafatçısı, dünya çempionu Rəsul Çunayev sosial şəbəkədə haqqında yayılan məlumatlara münasibət bildirib.

"Unikal" xəbər verir ki, R. Cunayev bununla bağlı sosial şəbəkə hesabında video paylaşıb. O,  videomüraciətində Azərbaycanı tərk edəcəyi ilə bağlı xəbərin həqiqətəuyğun olmadığını deyib:

“Mən heç yerə getməmişəm və getmək fikrim də yoxdur. Harasa yalnız Azərbaycanı təmsil etmək üçün gedə bilərəm. Rəsul Çunayevin ürəyi Azərbaycanla döyünür. Bunu hər zaman yadda saxlayın”.