ABŞ-ın Ukraynaya yeni yardım paketinə HIMARS çoxsaylı buraxılış raket sistemləri daxil olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat verilib.
ABŞ prezidenti Cozef Bayden vurğulayıb ki, Ukrayna xalqı öz ölkəsini və demokratiyanı Rusiyanın təcavüzündən qorumaq üçün cəsarətlə mübarizə apararkən dünyanı cəsarət və qətiyyətlə ruhlandırmaqda davam edir.
O, ABŞ-ın ukraynalı tərəfdaşlarını dəstəkləyəcəyinə və Ukraynanı müdafiə üçün silah və avadanlıqla təmin etməyə davam edəcəyinə əmin edib:
"Bu gün mən Ukrayna ordusuna vaxtında və kritik yardım göstərmək üçün yeni əhəmiyyətli təhlükəsizlik yardım paketini elan edirəm. Konqresdə ikipartiyalı dəstək ilə qəbul edilən Ukrayna üçün əlavə maliyyə ilə ABŞ Ukraynaya daha çox yardım göstərməyə davam edə biləcək".
Onun sözlərinə görə, bu yeni paket Ukraynanı qabaqcıl silahlarla, o cümlədən ərazisini Rusiyanın hücumlarından qorumaq üçün HIMARS RZSV döyüş sursatları ilə təchiz edəcək.
Ramil Zeynallı