Cənubi Koreya Şimali Koreyanı düşmən elan edib.
"Unikal" "Yonhap" Xəbər Agentliyinə istinadən xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyi əsgərləri arasında paylanan təlim materiallarında Şimali Koreyanı "düşmən" olaraq xarakterizə edib.
"Şimali Koreyanın təxribatları bizim üzləşdiyimiz təhlükəsizlik təhdidləridir və bu cür təhlükəsizlik təhdidləri davam etdikcə, Şimali Koreyanın ordusu və rejimi bizim düşmənlərimizdir",- deyə məlumatda qeyd olunub.
Keçən həftə mayın əvvəlində vəzifəsinin icrasına başlayan Cənubi Koreya prezidenti Yoon Suk-yeol CNN telekanalına müsahibəsində Şimali Koreyanın sakitləşmə dövrünün başa çatdığını bildirib.
Təlim materiallarında bu dəyişiklik Şimali Koreyanın bu il ən azı 16 raket buraxılışından sonra baş verib.
ABŞ hərbi və kəşfiyyat orqanlarının məlumatına görə, Pxenyan təxminən beş ildən sonra ilk yeraltı nüvə sınağına hazırlaşa bilər.
Gülayə Mecid