Hindistan xarici işlər nazirliyinin rəsmiləri hakim "Taliban" hərəkatının yüksək rütbəli üzvləri ilə danışıqlar aparmaq üçün Əfqanıstanın paytaxtı Kabilə gedib.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" Hindistan XİN-ə istinadən məlumat yayıb.
Qeyd olunub ki, bu, ABŞ-ın keçən il xaotik şəkildə geri çəkilməsindən sonra ilk belə görüşdür: "Yaraqlıların hakimiyyəti ələ keçirməsindən sonra qarşıdurmaların yaşandığı ölkədə yoxsulluq və aclıq sürətlə artıb. Hindistan "Taliban"ın yüksək rütbəli üzvləri ilə görüşəcək və Hindistanın Əfqanıstan xalqına humanitar yardımı ilə bağlı müzakirələr aparacaq".
Ağarza Elçinoğlu