Türkiyənin Litvaya “Bayraktar TB2” zərbə pilotsuz uçuş aparatları (PUA) satması ilə bağlı razılıq əldə olunub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, iki ölkənin nümayəndələri Ankarada bir araya gəliblər və Litvaya “Bayraktar TB2” zərbə PUA-ları satmağa icazə verən sənədi imzalayıblar.
Türkiyə silahlarının əldə edilməsinə dair niyyət protokolunu müdafiə nazirinin müavini Vilüs Semeşko və Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Demir imzalayıblar.