Xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 130-a yaxın hərbi helikopteri məhv edilib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya MN sözçüsü müharibə başlayandan indiyədək Ukrayna tərəfinin verdiyi hərbi itkiləri açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı qüvvələrinin 186 təyyarə, 129 helikopter, 1084 pilotsuz uçuş aparatı, 327 zenit-raket kompleksi, 3373 tank və digər zirehli döyüş texnikası, 460 reaktiv yaylım atəşi sistemi, 1752 səhra artilleriya və minaatan silahlar, o cümlədən 3350 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.