Rusiya qoşunları hazırda Ukrayna ərazisinin demək olar ki, 20%-nə nəzarət edir.
"Unikal" xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Lüksemburq siyasətçiləri və xalqına müraciətində deyib.
Onun sözlərinə görə, genişmiqyaslı işğalın başlanğıcından bu yana Ukrayna müdafiə qüvvələri 1017 yaşayış məntəqəsini azad edib.
"Rusiya qoşunları Ukraynanın 3620 yaşayış məntəqəsinə daxil olub. Onlardan 1017-si artıq azad edilib. Bu gün ərazimizin təxminən 20%-i işğalçıların nəzarəti altındadır, demək olar ki, 125 min kvadrat kilometr bütün Benilüks ölkələrinin ümumi ərazisindən xeyli çoxdur”, - deyə dövlət başçısı bildirib.
Gülayə Mecid