Rusiya prezidenti Ukrayna limanlarını bağlamaqla və Ukraynanın taxıl ixracına mane olmaqla, bilərəkdən dünyada aclığı qızışdırır.
"Unikal" xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Bratislavada keçirilən "GLOBSEC 2022" forumunda deyib.
Onun sözlərinə görə, Aİ isə taxılın xarici bazarlara çatdırılmasına başqa yollarla kömək etmək üçün əlindən gələni edir.
Gülayə Mecid