"Ukraynada müharibənin təsirləri 2022-ci ildə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfərə çatdıra bilər".
"Unikal" xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.
Quttereş bildirib ki, BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) hesabatına görə, müharibənin ərzaq təhlükəsizliyi, enerji və maliyyəyə təsiri sistemlidir.