NATO-nun baş katibi Yens Stoltenberq şingles xəstəliyinə tutulub.
"Unikal" xəbər verir ki, bu səbəbdən o, Almaniya və Rumıniyaya səfərlərini təxirə salıb.
Bir müddətdir evdən işlədiyi bildirilən Stoltenberq planlaşdırılan proqramlara telekonfransla qatılacaq.
NATO rəsmisinin sözlərinə görə, baş katibə şingles diaqnozu qoyulub.