“Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin zərbəsi zamanı işğalçıların iki generalı öldürülüb, onlardan biri bölgənin Rusiyaya birləşməsi ilə bağlı “referendum”un təşkilinə cavabdeh olan Federal Təhlükəsizlik Xidmətinin generalı olub”.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç “Feygin Live” verilişinin yayımından bildirib.
“Xerson vilayətində “referendum” təşkil etmək çox zərərlidir”, - Prezident Ofisinin rəsmisi qeyd edib.