Amazon meşələrində araşdırma aparan britaniyalı jurnalist Dom Phillips və braziliyalı ekspert Bruna Pereyra iyunun 5-dən itkin düşüb.
"Unikal" xəbər verir ki, bütün qruplar ikili üçün səfərbər olarkən, hadisə ilə bağlı saxlanılan şübhəli ikilini öldürüb basdırdığını etiraf edib.
Braziliyada federal polis iyunun 5-dən bəri xəbər alınmayan britaniyalı jurnalist Dom Philips və ona rəhbərlik edən yerli xalqlar üzrə mütəxəssis Bruno Pereyranın Amazonlarda öldürüldüyünü açıqlayıb.
Amazon cəngəlliklərində yerli xalqlar haqqında kitab yazmaq üçün bölgəyə gələn ingilis jurnalist Dom Phillips və braziliyalı ekspert Bruna Pereyranın Amazon cəngəlliyində araşdırmaları zamanı itkin düşməsi ilə əlaqədar iki qardaş saxlanılıb.
Əməliyyatçı Eduardo Fontes Amarildo Kosta de Oliveyra adlı şübhəlinin törətdiyi cinayəti ətraflı izah etdiyini və polisi ikilini basdırdığı əraziyə apardığını bildirib.
Braziliya polisi İnterpol ilə birlikdə cəsədlərin şəxsiyyətini müəyyənləşdirəcək. Hadisə ilə bağlı əlavə həbslər gözlənilsə də, qətlin səbəbləri hələ də araşdırılır. Phillips və Pereyra sonuncu dəfə Amazon əyalətinin ucqar hissəsi olan Javaridə görülüb. Media nümayəndələri iyunun 5-də qanunsuz balıq ovu və mədənçilik kimi cinayətlərin törədildiyi bu ərazidə yoxa çıxıblar.
Qətli etiraf edən şübhəli şəxs əvvəllər yerli əhalinin yaşadığı ərazidə qanunsuz balıq ovu ilə mübarizə aparan Pereyra ilə münaqişəsi olan balıqçı olub. 57 yaşlı Phillips 10 ildən artıqdır ki, Braziliyada yaşayır və xüsusilə Amazon tropik meşələri ilə bağlı xəbərləri və araşdırmaları ilə tanınırdı.
İngilis jurnalisti araşdırmalarında müşayiət edən 41 yaşlı Bruno Pereyra tropik meşələrdə yaşayan və xarici dünya ilə az təmasda olan yerli qəbilə xalqları üzrə mütəxəssis olub.
Gültəkin Ələsgər