Ukrayna tezliklə dünya xəritəsindən silinə, iki ildən sonra mövcud olmaya bilər.
"Unikal" xəbər verir ki, bunu Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev "Telegram" hesabında yazıb.
Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Mixail Podolyak keçmiş Rusiya prezidentinə "Twitter" vasitəsilə açıq şəkildə cavab verərək deyib ki, əgər Rusiya imperializminin siması olsaydı, o Medvedev olardı: "Ukrayna olub, var və olacaq. Sual budur ki, Dmitri Medvedev özü iki ildən sonra harada olacaq?".
Ağarza Elçinoğlu