Türkiyə milli müdafiə naziri Hulusi Akar fransalı həmkarı Sebastyan Lekornu ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, görüş NATO Müdafiə Nazirləri İclası çərçivəsində Brüsseldə baş tutub.
Görüş zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik, müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.