Hindistanda yeni hərbi xidmət sisteminə qarşı etirazlar başlayıb.
"Unikal" "CNN"ə istinadən xəbər verir ki, Haryana şəhərində etirazçılar hökumət rəsmisinin evinə daş atıblar və binanı mühafizə edən polis izdihamı saxlamaq üçün atəş açıb.
Şəhərdə mobil internet müvəqqəti olaraq bağlanıb - hakimiyyət mütəşəkkil nümayişlərin qarşısını almağa çalışır.
Ölkənin şərqində, Bihar ştatının Navada şəhərində də etirazçılar hakim partiyanın ofisini yandırıb, yolları bağlayıb, qatar stansiyasını dağıdıb, avtomobilləri yandırıblar.
Baş nazir Narendra Modinin hökumətinin Hindistan Silahlı Qüvvələrində 1,38 milyon nəfərin işə qəbul sisteminə yenidən baxılması qərarı vətəndaşları qəzəbləndirib.
Qeyd olunur ki, hökumət kadrların orta yaş həddini azaltmağa və pensiya xərclərini azaltmağa çalışır. Bununla belə, potensial işə götürülənlər, veteranlar, eləcə də müxalifət liderləri və Modi Bharatiya Janata Partiyasının bəzi üzvləri yeniliklərlə razılaşmayıblar.
Belə ki, “Od Yolu” adlanan yeni sistem 17-21 yaş arası kişi və qadınların 4 il müddətinə işə qəbulunu nəzərdə tutur. Bununla da, hərbi xidməti seçmək qərarına gələn bir çox vətəndaş işsiz qalacaq.
Əvvəllər əsgərlər Hindistan ordusunda 17 il xidmət edə bilərdi.