Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən dünyada ilk dəfə olaraq qaçqınların ümumi sayı 100 milyon nəfəri ötüb.
"Unikal" bu barədə ABŞ prezidenti Co Baydenin Ümumdünya Qaçqınlar Günü ilə bağlı bəyanatına istinadən xəbər verir.
“Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində biz bu yaxınlarda acınacaqlı bir mərhələyə çatdıq: BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, hazırda 100 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb ki, bu da tarixin heç bir zamanında belə olmayıb".
Onun sözlərinə görə, ABŞ administrasiyası Qaçqınların Qəbulu Proqramının bərpası üzərində işləyir:
"Biz ötən il ərzində 80 mindən çox əfqanı ölkəmizdə qəbul etmişik. On minlərlə ukraynalıya isə müvəqqəti sığınacaq vermişik. Biz nümunə göstərəcəyik. Sahillərimizə pənah gətirənlər icmalarımızı zənginləşdirir".
Ramil Zeynallı