Ukrayna Prezidenti Vladimir Zelenski Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) xoşməramlı səfiri kimi Ukraynada səfərdə olan Hollivud aktyoru, rejissor, ssenarist və prodüser Ben Stiller ilə görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə prezident özünün Telegram kanalında məlumat verib.

Ben Stiller və BMT QAK-ın Ukraynadakı nümayəndəsi Karolina Lindholm Billinq Kiyev vilayətinin yaşayış məntəqələrinə səfərindən sonra Zelenskinin ofisinə baş çəkib.

Bu gün onlar xüsusilə İrpinə baş çəkib.

Prezident Hollivud aktyoruna dəstəyə görə təşəkkür edib.

Stiller etiraf edib ki, prezident Zelenski onun qəhrəmanıdır.

Gültəkin Ələsgər