Ukraynadakı müharibə Qərbin hökmranlığına son qoyacaq.

"Unikal" xəbər verir  ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Almaniyanın “Tichys Einblick” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynada müharibə başa çatdıqdan sonra Aİ əvvəlkindən daha zəif olacaq və bundan başqa ölkələr və regionlar faydalanacaq. Birincisi, Qərb Ukraynadakı müharibədə hərbi yolla qalib gələ bilmir, ikincisi, sanksiyalar Rusiyanı heç bir şəkildə sabitliyi pozmayıb, üçüncüsü, onların Avropaya vurduğu ziyan böyükdür, dördüncüsü, dünya ABŞ və Ukraynadan arxada durmayıb.

O qeyd edib ki, dünyanın əksər hissəsi Qərbi dəstəkləmir.

"Çin, Hindistan, Braziliya, Cənubi Afrika, ərəb dünyası, Afrika... Tamamilə mümkündür ki, bu konkret müharibə nümayişkaranə şəkildə Qərbin üstünlüyünə son qoysun".

Gülayə Mecid