Moskva Şəhər Məhkəməsi “Roskosmos” rəhbərinin müşaviri, jurnalist İvan Safronovu 22 il müddətinə azadlıqdan məhrum edib.
"Unikal" xəbər verir ki, son illərin ən səs-küylü dövlətə xəyanət işi üzrə ittiham olunan Safronov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkəcək.
Qeyd edək ki, Safronov NATO ölkələrinin kəşfiyyatı ilə əməkdaşlıqda, onlara məxfi məlumatlar ötürməkdə ittiham olunub.