Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən Xəzər rayonundan Şəhid olmuş hərbiçimiz MAXE Zülfizadə Coşqun Ədail oğlunun nəşi yaşadığı Binə qəsəbəsinə gətirilərək Silahlı qüvvələrin hərbi orkestrinin müşayəti və əsgərlərin yaylım atəşi altında Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

"Unikal" xəbər verir ki, dəfn mərasimində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkilləri Soltan Məmmədov, Rauf Əliyev, YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov, Müdafiə Nazirliyinin hərbçiləri, rayonun hüquq mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər. 

Mərasimdə çıxış edən Xəzər RİH Başçısı Elşən Salahov şəhidin ailəsinə baş sağlığı verərək  torpaqlarımızın müdafiəsi zamanı şəhid olanlarla qürur duyduğunu, onların daim xatirələrdə yaşayacağını vurğulanıb. 

Dəfn olunduqdan sonra Azərbaycanın müqəddəs üçrəngli bayrağı şəhidin atası Ədail Zülfiyevə təqdim edillib. 

Qeyd edək ki, 27.12.1998-ci il təvəllüdlü Şəhidimiz Zülfüzadə Coşqun Lerik rayonunun Nuravod kəndində anadan olub. 

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla Şəhidlik zirvəsinə ucalmış bütün hərbi qulluqçularımıza Allahdan rəhmət diləyir, onların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı veririk!

Şəhidlərimizin qanı yerdə qalmadı!