Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Polşa prezidenti Anjey Dudanın Rusiyanın İkinci Dünya Müharibəsi zamanı vurduğu ziyana görə kompensasiya ödəməsi ilə bağlı sözlərinə münasibət bildirib.
"Unikal" "Gazeta.ru"ya istinadən xəbər verir ki, parlamentarinin sözlərinə görə, Polşa liderinin bəyanatı "faşizmi reabilitasiya edir", "Polşa xalqının azadlığı və müstəqilliyi uğrunda canlarından keçmiş" insanların xatirəsini incidir.
"Nəzarət orqanlarının Anjey Dudanın bəyanatını öyrənməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməsi düzgündür", - Volodin deyib.
Bildirək ki, sentyabrın 14-də Polşa Seymi Almaniya hökumətini “Üçüncü Reyxin açdığı müharibə nəticəsində Polşaya və onun vətəndaşlarına vurduğu bütün zərərə görə siyasi, tarixi, hüquqi və maliyyə məsuliyyətini öz üzərinə götürməyə” çağıran qətnamə qəbul edib.
Daha sonra Polşa prezidenti Andjey Duda bildirib ki, Polşa Rusiyadan İkinci Dünya Müharibəsi üçün təzminat tələb etməlidir. Onun sözlərinə görə, Polşa hakimiyyəti 1939-cu ildə Üçüncü Reyx Polşa dövlətinə hücum etdiyi üçün Almaniyadan təzminat tələb edir. O, əlavə edib ki, SSRİ də Polşaya hücum edib, ona görə də bu ideyadan da “tərk etmək üçün heç bir səbəb yoxdur”.
Gülayə Mecid