Tacikistan ordusu Batkenin hava limanı və ətraf ərazilərinə raket hücumu həyata keçirib.
"Unikal" xəbər verir ki, bu barədə Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd xidməti məlumat yayıb.
“Batken şəhər hava limanının ətrafı və şəhərin kənarındakı obyektlər Tacikistanın yaylım atəşi raket sistemləri ilə hücuma məruz qalıb. Şəhərin mülki infrastrukturunun obyektləri dağıdılıb”, - deyə məlumatda bildirilir.
Bildirək ki, hazırda Qırğıstanla Tacikistanın dövlət sərhədində gərginlik davam edir.
Gülayə Mecid