Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia"nın yerli filialına silahlı hücum edən şəxs həbs edilib.
"Unikal" yerli mətbuata istinadən xəbər verir ki, girov götürülən 12 nəfər xilas edilib.
Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub.
15:00
Xəbər verdiyimiz kimi, Gürcüstanın Kutaisi şəhərindəki Gürcüstan Bankında 12 nəfəri girov götürən şəxs əsir düşənlərin azad edilməsi üçün yeni tələblər səsləndirib.
"Unikal" "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, soyğunçu helikopter və Rusiya bayrağı tələb edib.
Onun verdiyi vaxtın bitməsinə bir saatdan az vaxt qalıb. Cinayətkar bankın girişindəki qapıları minalayıb: "Buraya bombalar qoymuşam, qapı açılan kimi partlayacaqlar".
Ağarza Elçinoğlu
***13:49
Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nın Kutaisi filialında girov götürülənlərlə bağlı məlumat yayıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxslər 12 nəfəri girov götürüb.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onların tez və təhlükəsiz azad olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər.
***12:29
Gürcüstanın Kutaisi şəhərində banka silahlı basqın olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, silahlı şəxs Gürcüstan Bankı-nın filialına daxil olaraq bir neçə nəfəri girov götürüb. Maskalı şəxsin banka daxil olmasından sonra atəş səsi eşidilib.
ank filialının içərisində işçilər də daxil olmaqla,10-a yaxın adamın olduğu bildirilir.
Hadisə ilə əlaqədar polis xüsusi əməliyyata başlayıb.
Gürcüstanda cinayətkar Banka hücum edərək 12 nəfəri əsir götürüb.
— Unikal Media Group (@UnikalOrgPortal) September 20, 2022
Giriş qapılarını minalayıb, tələblər irəli sürür... pic.twitter.com/R99aCRNwQo