Gürcüstan öz səyləri ilə ümumi siyasət çərçivəsində regionun sülh və sabitliyinə öz töhfəsini verməkdə davam edir.
"Unikal" xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili deyib.
O, həmçinin bildirib ki, Tbilisi hər zaman Ermənistan-Azərbaycan danışıqları üçün platforma təqdim etməyə hazırdır.
"Biz sülhün möhkəmləndirilməsi naminə cənub qonşularımızı dialoq platforması ilə təmin etməyə hər zaman hazırıq və bizim bu təklifimiz hələ də aktualdır. Əgər prosesdə vasitəçi kimi iştirak etmək lazımdırsa, biz buna hazırıq, heç bir şərt irəli sürmürük. Bizim əsas məqsədimiz regionun sabitliyi və sülhüdür”, - Gürcüstanın XİN rəhbəri bildirib.
Ağarza Elçinoğlu